Azərbaycan prezidenti İlham Əliyev “Hilton Bakı” otel kompleksinin açılışında iştirak edib - FOTOSESSİYA
“Hilton Bakı” otel kompleksi 2007-ci ildə “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında imzalanan müqavilə əsasında inşa olunub. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən 2010-cu ilin əvvəlindən inşasına başlanan 25 mərtəbədən ibarət oteldə ümumilikdə 309 otaq vardır. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm paytaxta, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılıb. Dövlət başçısı burada “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranları ilə tanış olub. Restoranlarda müştərilərə yerli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.
Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanda ilk dəfə məhz burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcəkdir. İlin isti aylarında qonaqların açıq havada istirahətləri üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür.
Dövlət başçısı otelin 24-cü mərtəbəsindəki “Sky Grill” restoranı ilə tanış olub. Qonaqlara geniş çeşiddə iaşə xidməti göstəriləcək. Otel kompleksindəki SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib.
Kompleksin 21-ci mərtəbəsindəki Prezident nömrəsi ilə tanışlıq zamanı məlumat verilib ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. İkinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da var.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb, onları təbrik edib. “ISR Holdinq” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov və “Hilton Worldwide” şirkətinin vitse-prezidenti Maykl Kollini dövlət başçısına və Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
Qeyd: Şəkillər Azərbaycan Prezidentinin saytından götürülüb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır