Mirəşrəf Fətiyev: “Azərbaycan vətəndaşının DAK sədri olması yolverilməzdir” - MÜSAHİBƏ
- DAK-da bu gün nələr baş verir?
- Dünya Azərbaycanlıları Konqresində pərakəndə vəziyyət yaranıb. Bunun səbəbi 2 il qabaq DAK-ın qurultayında konqres üzvlərindən bir neçə nəfərinin etiraz edərək qurumdan ayrılmasıdır. İdarə Heyətinin üzvləri olaraq belə fikirləşdik ki, Sabir Rüstəmxanlını və Cənubi Azərbaycandan olan Firudin Pərvizniyazı dəvət edək. Onlarla işləməyə başladıq. Lakin bu şəxslər DAK-ın fəaliyyətini 2 il dondurulmuş şəkildə saxladılar. Keçən ilin dekabrında quruma normal rəhbər seçmək məqsədilə qurultay keçirdik. Avropada yaşayan Cənubi azərbaycanlılar məndən xahiş elədilər ki, DAK-a mən rəhbərlik edim. Ona görə DAK-a həmsədr seçimində mən də namizədliyimi irəli sürdüm. Elə oldu ki, mən, Sabir Rüstəmxanlı, Firudin Pərvizniyaz və Behruz Həqqi həmsədr seçildik. Təklif belə idi ki, iki həmsədr Şimali Azərbaycandan, iki həmsədr də Cənubi Azərbaycandan seçilsin. DAK-a başqanlığa səsvermə keçirilən zaman, qurultay iştirakçıları və İdarə Heyəti mənə səs verdi. Səs çoxlugu ilə mən sədr seçildim. Bu zaman qarşı tərəf səs-küy salmağa başladı, qurultay iştirakçıları arasında narazılıq yarandı. Mən İdarə Heyətini yığaraq namizədliyimi geri götürə biləcəyimi bildirdim. Belə bir şərtim oldu ki, məni sədr kimi görmək istəyənlərin sözləri dinləniləcək. Məni sədr kimi görmək istəyən qurultay iştirakçıları DAK-ın qeydiyyat probleminin hələ də həll olunmadığını və təşkilatın mərkəzi ofisinin olmadığını söylədilər. Onlar ümidvar idilər ki, mən bunu yaradacam. Mən də orada dedim ki, əgər Sabir Rüstəmxanlı bu işlərin öhdəsindən gələ biləcəksə, mən öz namizədliyimi geri götürürəm. Sabir Rüstəmxanlı qurultayda söz verdi ki, 6 ay ərzində deyilən məsələlərin hamısını həll edəcək. Artıq 1 ilə yaxındı, deyilən işlərin heç biri həll olunmayıb. Sabir Rüstəmxanlı bu gün DAK sədrliyinə alternativ namizədləri görmək istəmir. Özü isə bu vəzifənin öhdəsindən gələ bilmir.
- Sizi DAK-ın Rusiya nümayəndəliyindən nə üçün uzaqlaşdırdılar?
- Bu ilin fevralında DAK-ın İdarə heyətinin Türkiyədə yığıncağını keçirdilər. Mən həmin vaxt Moskvada Xocalı faciəsi ilə bağlı tədbir keçirdiyimdən yığıncağa gedə bilmədim. Həmin yığıncaqda Sabir Rüstəmxanlı və onun ətrafında olan Əjdər Tağızadə kimi insanlar mənim yaxşı fəaliyyət göstərmədiyimi söyləyərək, DAK-ın Rusiya nümayəndəliyindən uzaqlaşdırılmağımı təklif ediblər. Mən bu söhbətdən xəbər tutan kimi, İdarə Heyətinin digər üzvü Tahir Hacıyevə zəng elədim. Ona İdarə Heyətində səs çoxluğu olacağı təqdirdə gedə bilcəyimi söylədim. Bir şərtlə ki, yerimə müvəqqəti Tahir Hacıyev təyin olunsun. Başqa adamın təyin olunmasını istəmədim. Çünki DAK-ın Rusiyada qeydiyyatını mən həll eləmişəm. Təşkilat üçün Rusiyada çox iş görmüşəm. Bu gün isə Sabir Rüstəmxanlı və Əjdər Tağızadə belə hərəkətlər edirlər. Özlərini gündəmdə saxlamaq üçün əllərindən gələni əsirgəmirlər. Sabir Rüstəmxanlı bir şair kimi xalqın və mənim sevimli şairim ola bilər. Amma haqqımda dediyi fikirlər ona yaraşmır. Sabir Rüstəmxanl DAK-a çəkdiyi xərcləri sadalaya bilməz, çünki heç bir iş görməyib. O, DAK rəhbəri olduğu vaxtlar və ondan da əvvəl DAK-ın qurultayları mənim maddi vəsaitim hesabına keçirilib. DAK üzvləri də yaxşı bilir ki, mən olmadan bunlar həyata keçirilə bilməz. Bu gün o sədr kimi heç bir bacarığa malik deyil. Təşkilatın fəaliyyətini dondurub. Sabir Rüstəmxanlı və Əjdər Tağızadə barmağını qatlayıb deyə bilərlər ki, DAK üçün ölkə hüdudlarından kənarda nəsə ediblər? Mən İranla dost olan bir dövlətdə DAK-ın Rusiya nümayəndəliyini qeydiyyatdan keçirmişəm. Lakin bu təşkilat hələ Azərbaycanda qeydiyyatdan keçməyib. İldə ən azı 150 min avro vəsaitimi DAK üçün xərcləyirəm. Bunu Sabir Rüstəmxanlı edə bilər?! Hal-hazırda DAK-ın nümayəndəliyinin sədri olmasam da, burdakı azərbaycanlılar yenə mənə müraciət edirlər. Bundan sonra da DAK və burdakı azərbaycanlılar üçün əlimdən gələni əsirgəməyəcəyəm. Sabir Rüstəmxanlı DAK-ın ancaq fəxri sədr ola bilər, DAK-ın gerçək sədri təşkilat üçün maddiyatını sərf edən və ölkə hüdudlarından kənarda nüfuza malik azərbaycanlılar olmalıdır. Azərbaycan vətəndaşı DAK-ın sədri ola bilməz. Əgər DAK diaspor qurumudursa, belə olduğu halda diaspora diaspor rəhbərlik etməlidir, yəni, tarixi vətənindən köçənlər. Müqayisə üçün deməliyəm ki, ABŞ-da gələn il 40 yaşını qeyd edəcək ABŞ-Erməni Assambleyası fəaliyyət göstərir, sizcə ona İrəvandan kimsə nə isə diqtə edə bilər?! Ölkə hüdudlarından kənarda nüfuza malik insanlar İsveçdə, Rusyada və Avropanın bir sıra ölkələrində var. Bunu Sabir Rüstəmxanlının özünə də demişəm. Ona görə də, o məni bu qurumdan uzaqlaşdırmaq istəyir.
- Sizin İran və Rusiya kəşfiyatına işləməyiniz barədə səslənilən fikirlərə münasibətiniz necədir?
- Bunlar şərdən başqa bir şey deyil. Mən Rusiya vətəndaşıyam, dövlət işində çalışıram, federal əhəmiyyətli layihələrin müəllifiyəm. Rusiya digər ölkənin agentinə belə məsuliyyətli sahələri etibar edərmi?! İranla əlaqələrimə gəldikdə isə, orada doğma dayım yaşayır. İranla sərhədlər açılandan sonra dayımla bir neçə dəfə görüşmüşəm. Bu məni ləkələmək üçün deyilən sözlərdir. Sabir Rüstəmxanlının ətrafında isə İrana işləyən adamlar çoxdur. O birinci növbədə öz ətrafına fikir verməlidir. Sabir Rüstəmxanlının kənardan mənim ünvanıma lazımsız ifadələr işlətməsi bizim işlərin ləngiməsinə səbəb olur. DAK-ın əsas məqsədi Güney azərbaycanlıların azadlığa çıxmasıdır. Amma çox təəssüf olsun ki, başımız belə lazımsız işlərə qarışıb.
- DAK-da birləşmək istiqamətində nə kimi işlər görülür?
- Bu yaxınlarda Dünya Azərbaycanlıları Konqresinin birlik qurultayı keçiriləcək. Bu qurultay Avropada yaşayan azərbaycanlıların tələbi ilə keçirilir. Qurultayın keçirilməsini Əhməd Obalı və Paşa Qəlbinur da dəstəkləyirlər. Biirlik qurulayının keçirilməsinə maneçilik edən Sabir Rüstəmxanlı və onun ətrafıdır. Buna baxmayaraq birlik qurultayına hazırlıq gedir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır