Bank Of Baku

ADP Almaniyaya nota verilməsini tələb edib

ADP Almaniyaya nota verilməsini tələb edib
# 03 oktyabr 2011 13:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına dair bir sıra cari məsələlər əsas müzakirə obyekti olub.

İdarə Heyəti Almaniyanın Ermənistandakı səfirinin bu ölkənin müstəqilliyinin yaranmasının 20 illiyi münasibəti ilə keçirildiyi tədbirlərdə nümayiş etdirilən hərbi paradın guya ermənilərin hərbi qüdrətinin əks etdirməsini və işğal olunmuş ərazilərini hərb yolu ilə geri qaytarmağa cəhd edəcəyi təqdirdə Azərbaycana kəskin cavab veriləcəyi haqda fikir bildirməsini onun səfirlik missiyası ilə bir araya sığmadığını, diplomatik etiketə zidd olduğunu qeyd edib və Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bu məsələ ilə bağlı müvafiq nota verilməsini tələb edib.

İclasda ADP üzvlərinin İctimai Palatadakı üzvlük məsələsi ətrafında da müzakirələr aparılıb, partiya üzvlərinin bu qurumda fəaliyyətlərinə son verilməsi məqsədəuyğun hesab edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR