Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 03 oktyabr 2011 15:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirə olunan məsələ Səbail rayon Məhkəməsinin 2 aprel məhbuslarından Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlini 2 il 6 ay müddətinə azadlıqdan məhrum etməsi olub. Divan hökmü ədalətsiz və qanunsuz sayaraq qınayıb, bununla bağlı bəyanat qəbul edib.

Daha sonra Avropa Birliyinin bu günlərdə Varşavada keçirilmiş “Şərq tərəfdaşlığı” sammiti haqqında müzakirələr aparılıb. Sammitin nəticələri təqdir olunmaqla yanaşı, qeyd edilib ki, Cənubi Qafqazın Avropa məkanına aid edilməsi Müsavat Partiyasının proqram müddəalarına tam uyğundur və bu yöndə bütün fəaliyyətlər təqdir olunmalıdır. Toplantıda Azərbaycan hökumətinin Avropa Birliyinin ölkənin demokratikləşdirilməsi, müvafiq islahatların aparılması yönündəki təklif və çağırışlarına əməl etməli olduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR