Bank Of Baku

ATƏT-in Bakı ofisi ictimaiyyətlə əlaqələr və siyasi kampaniyalara dair təlim keçirəcək

ATƏT-in Bakı ofisi ictimaiyyətlə əlaqələr və siyasi kampaniyalara dair təlim keçirəcək
# 04 oktyabr 2011 08:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 20-24-də ATƏT-in Bakı ofisi “İctimaiyyətlə əlaqələr və siyasi kampaniyalar” mövzusunda siyasi partiya, media və vətəndaş cəmiyyətinin gənc nümayəndələri üçün təlim təşkil edəcək. APA-nın məlumatına görə, tədbir gənclərin ictimai həyatda iştirakı, ictimaiyyətlə əlaqələr və siyasi kampaniyalar, PR kampaniyalarının strategiyası, risklərin öyrənilməsi, hədəflərin müəyyənləşdirilməsi, mesajların çatdırılması, obrazların yaradılması, seçki kampaniyalarının təşkili və idarə olunması, böhran vəziyyətlərində ictimaiyyətlə əlaqələr mövzularını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR