Bank Of Baku

Prokuror İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan 4 şəxsə cəza istəyib

Prokuror İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan 4 şəxsə cəza istəyib
# 04 oktyabr 2011 09:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış kütləvi aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. APA-nın xəbərinə görə, prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Rüfət Hacıbəylinin 2 il 6 ay, Ülvi Quliyevin 4 il 6 ay, Elnur Məcidlinin 2 il 6 ay, Əhəd Məmmədlinin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda prosesdə vəkillər çıxış edir.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR