Bank Of Baku

Milli Məclisdə “Ali təhsil haqqında” və “Elm haqqında“ qanun layihələri müzakirə olunacaq

Milli Məclisdə “Ali təhsil haqqında” və “Elm haqqında“ qanun layihələri müzakirə olunacaq
# 04 oktyabr 2011 11:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Milli Məclisin payız sessiyasında “Ali təhsil haqqında” və “Elm haqqında“ qanun layihələri müzakirə olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, artıq hər iki qanunla bağlı ilkin müzakirələr başlayıb: “Əminəm ki, payız sessiyasında hər iki qanunu qəbul edə biləcəyik. İnqilabi dəyişikliklər olmasa da, çoxlu yeni düşüncələr var”.

A. Məhərrəmov qanunlarla bağlı yeni təkliflərini də açıqlayıb: “Dünya təcrübəsində təhsil naziri demirlər, elm və təhsil naziri deyirlər. Çünki universitetlərdə elmlər inkişaf etməlidir. Azərbaycanda 1800-dən çox elmlər doktoru və professor var. Onlardan 1200-dən çoxu ali məktəblərdədir. Onda soruşuruq ki, elmə daha çox uğurları haradan gözləmək olar? Əlbəttə, universutetlərdən. Biz akademiyanı qəbul edirik. Ora bizim elm məbədimizdir. Ona görə də “Elm haqqında” və “Ali təhsil haqqında” qanunlar yazılarkən bu iki sahəni birləşdirən xətləri düşünüb tapmaq lazımdır. Ali təhsil müəssisələrinə də AMEA-ya olduğu kimi çoxlu maliyyə vəsaiti ayırmaq lazımdır. Təhsil müəssisələrində elm inkişaf etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR