Bank Of Baku

VİP İctimai Palatanın Ağdaş rayon şöbəsinin təsisçiləri arasında partiya üzvünün olması haqda məlumatları təkzib edib

VİP İctimai Palatanın Ağdaş rayon şöbəsinin təsisçiləri arasında partiya üzvünün olması haqda məlumatları təkzib edib
# 04 oktyabr 2011 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyası İctimai Palatanın (İP) Ağdaş rayon şöbəsinin təsisçiləri arasında VİP Məclisinin üzvünün olması haqda məlumatları təkzib edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, VİP-in bununla bağlı yaydığı açıqlamada bildirilir ki, İctimai Palata (İP) adlanan qurumun Ağdaş rayon şöbəsinin yaradılması haqqında məlumatda qurumun təsisçiləri arasında VİP üzvünün olması da göstərilib. Qeyd olunan informasiya ilə tanışlıqdan sonra partiyanın Ağdaş rayon şöbəsinin, eyni zamanda VİP Məclisinin üzvü Sovet Qəniyevlə əlaqə saxlanılıb və məlumatın VİP-ə aid hissəsinin həqiqətə uyğun olmadığı dəqiqləşdirilib. S. Qəniyevin verdiyi məlumata görə, İP-ə daxil olan partiyaların yerli təşkilatlarının təklifi əsasında VİP Ağdaş rayon şöbəsinin üzvləri onlarla birgə müzakirələrdə iştirak ediblər. Lakin həmin müzakirələrə qatılmış VİP üzvlərindən heç kim İP-in Ağdaş rayon şöbəsinin təsis olunmasında iştirak etməyib və hər hansı müvafiq sənədə imza atmayıb.

VİP bəyan edib ki, partiyanın İP-də təmsil olunmamaq haqqında VİP Məclisinin qərarı var və onun icrası bütün üzvlər üçün məcburidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR