Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti DAK-ın İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməsinə razılıq verməyib

Bakı Şəhər İcra Hakimiyyəti DAK-ın İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməsinə razılıq verməyib
# 05 oktyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Dünya Azərbaycanlıları Konqresinin (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməsi ilə bağlı məktubuna cavab verib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda BŞİH Nazirlər Kabinetinin müvafiq qərarı əsas gətirərək, aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

DAK-dan isə bildirilib ki, təşkilat aksiyanı keçirməkdə israrlıdır.

Qeyd edək ki, oktyabrın 6-da DAK-ın keçirmək istədiyi aksiyada İranda azərbaycanlıların hüquqlarının pozulmasına və Urmiya gölünün quruması prosesinə bu ölkənin dövlət qurumlarının biganəliyinə etiraz edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR