Bank Of Baku

Gülağa Aslanlı: ““Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı Forumunu istənilən halda keçirəcəyik”

Gülağa Aslanlı: ““Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı Forumunu istənilən halda keçirəcəyik”
# 05 oktyabr 2011 13:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Ambassador” otelinin nümayəndələri oktyabrın 7-nə planlaşdırılan “Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı Forumunun bu məkanda keçirilməsinə verdiyi razılıqdan imtina edib. Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib. O, oktyabrın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdən sonra qonaqlara ziyafət verilməsinin planlaşdırıldığını, bunun üçün əvvəlcədən “Niaqara” restoranına beh ödənildiyini də bildirib. Lakin “Niaqara” restoranı da ziyafət mərasimi sifarişinin qəbulundan imtina edib.

G. Aslanlı tədbirin istənilən halda keçiriləcəyini bildirib: “Hələlik tədbirin harada keçiriləcəyini dəqiq bilmirik, amma istənilən halda tədbir baş tutacaq. Əgər başqa yer tapa bilməsək, tədbiri Müsavat Partiyasının qərargahında keçirəcəyik”.

Qeyd edək ki, “Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı Forumuna bir sıra ölkə və beynəlxalq təşkilatlardan qonaqlar dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR