Bank Of Baku

Azərbaycan Prezidenti Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 05 oktyabr 2011 16:53 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən verdiyi məlumata görə, sərəncamda 2011-ci ildə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Fəttah oğlu Zamanovun 100 illiyinin tamam olduğu qeyd olunub.
Dövlət başçısı Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməyi, Nazirlər Kabinetinə “Abbas Fəttah oğlu Zamanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli 598 nömrəli qərarının icrasını təmin etməyi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR