Bank Of Baku

Milli Məclisdə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisdə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsi müzakirə olunacaq
# 06 oktyabr 2011 08:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin qarşıdakı iclaslarında “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsi müzakirə olunacaq. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Aqrar siyasət komitəsinin ötən gün keçirilən iclasında qanun layihəsi müzakirə edilib və parlamentin plenar sessiyasına tövsiyə olunub.

Sənəddə mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının indiki və gələcək nəsillər üçün zəmanətli qorunub saxlanılmasına, həmçinin dövlətin ərzaq, ekoloji və bioloji ehtiyatlarının təhlükəsizliyinin yaxşılaşdırılmasına dair məsələlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR