Tahir Kərimli: “Nə üçün mən bəziləri kimi gündüz müxalifət gecə iqtidar olmalıydım?” - MÜSAHİBƏ
- Vəhdət Partiyasının hazırkı durumu və fəaliyyəti sizi qane edirmi?
- Əlbəttə, partiyanın fəaliyyəti məni qane etmir. Burada obyektiv səbəblərlə yanaşı, subyektiv məqamlar da var. İlk növbədə partiyanın maddi-texniki baxımdan və qərargahla bağlı bir sıra problemləri yaranıb. Partiya keçmiş qərargahından çıxıb, yeni qərargahla isə tam təmin olunmayıb. Bu da partiyanın fəaliyyətinə mənfi təsir edir. Bu, həm də müxalifətdə təmsil olunmağımızla bağlı idi. Həmin illərdə siyasi prosesləri izləyənlər bilir ki, Vəhdət Partiyası yarandığı ilk illərdə təbliğat işini yaxşı qurmuşdu. İndi isə mətbuatla təmaslarımız zəifləyib. Bu cəhətdən də zəifləmiş durumdayıq. Elə vəziyyət yaranıb ki, partiya cəmiyyətin inkişafı ilə ayaqlaşa bilmir. Aydın məsələdir ki, bizim cəmiyyətdə kapitalın rolu artır. Ona görə də müəyyən məsələləri arzu etdiyimiz səviyyədə qura bilmirik. Ancaq yenə də fəaliyyət göstəririk və partiya dövlət başçısı İlham Əliyevin siyasi kursunu müdafiə edir.
- Vəhdət Partiyası siyasi kursunda dəyişiklik etdi və iqtidarı dəstəkləməyə qərar verdi. Keçən bu müddətdə nə dəyişdi?
- İlk növbədə onu deyim ki, Vəhdət Partiyası müxalifətdən gedəndə bunu açıq şəkildə bəyan etdi. Bunu deyən zaman zərbələrlə və ittihamlarla qarşılaşacağımızı bilirdik. Bu gün də bir çoxları özlərini müxalifət kimi təqdim edirlər və bununla da müxalifət pərdəsi altında gizlənirlər. Biz isə ikiüzlü siyasət apara bilməzdik. Müxalifətdə olan zaman bu siyasi xəttə və əqidəyə sadiq olmuşuq. İstərdim bir də bu məsələyə qayıdaq. Həmişə deyirdim ki, bizdə müxalifətçilik düz qurulmayıb, ona görə də xalqdan üzr istəməliyik ki, millət bizə inansın. Bu nə demək idi? Hər şeydən əvvəl müxalifətçiliyin bünövrəsi və fəlsəfəsi düzgün qurulmayıb. Bugünkü müxalifət liderləri Heydər Əliyevi dost kimi hakimiyyətə dəvət etdilər, amma bizdən tələb olundu ki, ona düşmən münasibət bəsləyək. Bu, yalançı müxalifətçilik idi və heç vaxt bu xətlə qalib gəlmək mümkün deyildi. Belə də oldu. Tarix göstərir ki, müxalifət qalib gələ bilmir. Ən ağrılı məqam isə müxalifət liderlərinin əqidə nümayiş etdirməməsidir. Onlar həmişə öz mənafelərindən çıxış etdilər. Rəsul Quliyevlə müqaviləni şişirdib, bizə sıradan biri kimi baxırdılar. Axı sirr deyil ki, Vəhdət Partiyasının minlərlə üzvü birgə keçirdiyimiz mitinqlərdə meydanları doldururdu. Bir-bir sadalamaq istəmirəm. Mən onlarla əqidə qardaşlığından çıxdım. Səmimi şəkildə deyirəm. Müxalifət liderləri əqidəni yalnız əldə bayraq ediblər. Bunun arxasında mənafe durur. Nə üçün mən bəziləri kimi gündüz müxalifət gecə iqtidar olmalıydım? Belə olmaqdansa kişi kimi deyərəm ki, mən iqtidarı dəstəkləyirəm. Ona görə də açıq şəkildə prezidenti müdafiə etmək barədə qərar qəbul etdik.
- Müxalifət birlik istiqamətində müəyyən addımlar atır. Məsələn İctimai Palata yaradılıb. Bu qurumun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Mən bir az əvvəl müxalifətçiliyin bünövrəsi ilə bağlı fikir deyərkən bunu elə-belə söyləmədim. İctimai Palata başqa məqsəd üçün yaradılmışdı. Lakin bəziləri “Ərəb baharı”ndan ilham alaraq bu ictimai qurumu müxalifət təşkilatlarının birliyinə çevirmək istədi. Burada da bütün müxalifəti birləşdirə bilmədiklərindən, güc nümayiş etdirə bilmirlər. Əvvəlki dövrlərdə xalqı öz arxaları ilə aparıb o qədər məğlub ediblər ki, bu dəfə cəmiyyət mitinqlərdən çəkindi. Aksiyalara qatılan gənclər isə müxalifət liderlərini tanımayanlardır. Hətta xalqı ruhlandırmaq məqsədilə xarici ölkə səfirlikləri ilə də onların görüşləri keçirildi. Yenə nəticə olmadı. Hər şeyi xarici ölkələrin köməyinə bağlayırlar. İctimai Palata güc adından imitasiya edir.
- Həm müxalifət, həm də iqtidarla münasibəti olan partiya sədri kimi müxalifət-iqtidar dialoqunun baş tutması təşəbbüsü ilə çıxış edə bilərsinizmi?
- İndiki vəziyyətdə yox. Çünki Azərbaycan müxalifəti iqtidarı barışığa çəkə biləcək gücdə deyil. Bu dialoq yalnız iqtidar razı olduqda baş tuta bilər.
- Müxalifətçi olmaq asandır, yoxsa iqtidar təəssübkeşi?
- Mənim üçün müxalifət düşərgəsində təmsil olunmaq daha asan idi. Bu, səmimi sözümdür. Döyülməkdən və mübarizədən çəkinməmişəm. Bir də ki, müxalifətdə fikirlərini sərbəst deyə bilərsən. Amma prezidenti müdafiə edən şəxsin fəaliyyətində bir qədər korrektələr olmalıdır. Kənardan baxanlar deyir ki, Tahir Kərimli iqtidarı dəstəkləyir, yəqin problemləri olmaz. Əsla belə deyil.
- İqtidarı dəstəkləyən partiyalarla ikitərəfli əməkdaşlığınız nə səviyyədədir?
- Rəsmi sazişlər olmasa da, ikitərəfli əlaqələrimiz mövcuddur. Ancaq Yeni Azərbaycan Partiyası iqtidarı, prezidenti dəstəkləyən partiyaların bir qurumda təmsilçiliyi haqda düşünməlidir. Bu birliyin yaradılması və gücünün artırılması üçün Yeni Azərbaycan Partiyası addım atmalı, yəni koordinator rolunu oynamalıdır. Yoxsa, bizim təşəbbüslərimiz havadan asılı vəziyyətdə qalacaq.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır