Bank Of Baku

DAK İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib - FOTO

DAK İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib - <font color=red>FOTO</font>
# 06 oktyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib. APA-nın məlumatına görə, aksiyada İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması və Urmiya gölünün quruması prosesinə bu ölkənin dövlət qurumlarının biganəliyinə etiraz əlaməti olaraq bəyanat səsləndirilib.

Bəyanatda bildirilir ki, İranda Azərbaycan türklərinin insan haqlarının, siyasi, mədəni hüquqlarının pozulmasına son qoyulmalı, insanların öz ana dilində oxumasına, öz mədəniyyətlərini inkişaf etdirməsinə şərait yaradılmalı, Urmiya gölünün qurumasının qarşısını almaq üçün ən qısa zamanda təsirli tədbirlər görülməli, İran televiziyaları və mətbuatında Azərbaycan Respublikasına, onun rəsmi dairələrinə və vətəndaşlarına qarşı aparılan, iki qonşu dövlətin münasibətlərini pozmağa yönəlmiş təbliğata son qoyulmalıdır.

DAK nümayəndələri bəyanatı İran səfirliyinə təqdim ediblər.

Polis əməkdaşları piketin keçirilməsinə icazə verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR