Bank Of Baku

DAK həmsədri: “İran mədəniyyəti yoxdur, türk mədəniyyəti var”

DAK həmsədri: “İran mədəniyyəti yoxdur, türk mədəniyyəti var”
# 06 oktyabr 2011 12:48 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Bu günlərdə İran dövlətinin Azərbaycanda mədəniyyət həftəsi keçirilir. İran deyilən ölkədə hansı mədəniyyətdən söhbət gedə bilər, bu, elə türklərin mədəniyyətidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) Bakıda səfərdə olan həmsədri Firudin Pərvizniya deyib.

F. Pərvizniya bildirib ki, İran dövləti bu ərazidə yaşayan xalqların tarixini, mədəniyyətini mənimsəyir, öz adına çıxır: “İran deyilən bir ölkənin mədəniyyəti yoxdur, bu, türklərin mədəniyyətidir. Hesab edirəm ki, bu mədəniyyət günlərini burada biz keçirməliyik”.

DAK həmsədri qeyd edib ki, bu gün dünyada baş verən hadisələr diktatorların sonunun yaxınlaşdığını göstərir: “Diktatorlar heç vaxt islahatlar həyata keçirmirlər, bunu onlardan gözləmək də olmaz. Heyvanın son nəfəsi gələndə həyatda qalmaq üçün var gücü ilə çalışır. Bunların da sonu yaxınlaşıb. Artıq Suriya kimi ölkələr də yoxdur ki, getməyə yerləri olsun. Bu gün İranda zindanlarda çoxsaylı soydaşlarımız incidilir, işgəncələrə məruz qalır, onları əqidələrindən döndərmək üçün fars-molla rejimi müxtəlif üsullara əl atır. Biz çalışırıq ki, azərbaycanlıların haqq səsini bütün dünyaya çatdıraq və fars-molla rejimi etdiyi törətdiyi əməllərə görə beynəlxalq məhkəmədə cavab versin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR