Bank Of Baku

AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib
# 06 oktyabr 2011 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyanın Mərkəzi Şurasının oktyabrın 9-na təyin edilən iclasının keçirilməsində yaradılan süni çətinliklər, İctimai Palatanın 2 aprel aksiyalarında saxlanılan şəxslər barəsində çıxarılan məhkəmə hökmləri, ölkədə və regionda baş verən hadisələr əsas müzakirə predmeti olub.

Yığıncaqda Mərkəzi Şuranın iclasının təyin olunduğu vaxt keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə paralel olaraq özəl mülkiyyətdə olan yerlərin icarəyə götürülməsi istiqamətində səylərin davam etdirilməsi məqsədə müvafiq sayılıb.

Ölkədəki və regiondakı vəziyyəti müzakirə edən Siyasi Şura enerji təhlükəsizliyi ilə bağlı böyük güclərin regionda son dövrlər aktivləşməsinə xüsusi diqqət yetirib. Qurum hesab edib ki, enerji resurslarına nəzarət uğrunda aparılan qlobal mübarizədə Azərbaycanın maraqlarının qorunması üçün tezliklə köklü islahatlar aparılmalı, milli həmrəyliyə nail olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR