Bank Of Baku

Şəkidə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şəkidə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 06 oktyabr 2011 20:27 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Şəki şəhər İcra Hakimiyyəti aparatından veriləm məlumata görə, bu gün Şəkidə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) və Şəki şəhər İH-nin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Şəki şəhər İH-nin başçısı Elxan Usubov, TQDK-nin sədri Məleykə Abbaszadə, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, müvafiq təşkilat nümayəndələri və rayon ziyalıları iştirak edib. Konfransın əvvəlində TQDK-nın fəaliyyətinə dair “Milli qiymətləndirmə sistemi Heydər Əliyev siyasətinin yetirməsidir” mövzusunda qısametrajlı sənədli film nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Elxan Usubov konfransın dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar Şəkidə uğurla davam edən silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. O, təhsil sahəsi ilə bağlı mühüm əhəmiyyət daşıyan belə bir konfransın Şəkidə keçirilməsini təmin etdiyinə görə TQDK-nın rəhbərliyinə minnətdarlığını bildirib. TQDK-nin sədri M. Abbaszadə konfransdakı çıxışında bildirib ki, müstəqillik dövründə TQDK çox böyük inkişaf yolu keçmiş, ölkəmizdə milli qiymətləndirmə sistemi formalaşıb. Bu sistemlə təhsil standartlarının qarşılıqlı asılılığı, yeni təhsil mühitinin formalaşdırılması və mərkəzləşdirilməsi milli qiymətləndirmə sisteminin ölkə daxili təhsil mühitinə müsbət təsir göstərib, sağlam rəqabət şəraiti yaradıb. Zalda quraşdırılmış xüsusi monitor vasitəsilə 2000-2011-ci illərdə ali məktəblərə qəbul imtahanlarının respublika, eləcə də Şəki rayonu üzrə müqayisəli elmi-statistik təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Müstəqillik illərində Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlar qazanıldığını vurğulayan Yaqub Mahmudov bildirib ki, bu istiqamətdə TQDK-nın fəaliyyətini yüksək qiymətləndirmək lazımdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR