Bank Of Baku

“Müsavat Partiyası: müstəqilliyin və azadlığın 100 ili” adlı I Azərbaycan Liberal Forumu keçirilir

“Müsavat Partiyası: müstəqilliyin və azadlığın 100 ili” adlı I Azərbaycan Liberal Forumu keçirilir
# 07 oktyabr 2011 07:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Müsavat Partiyasının qərargahında “Müsavat Partiyası:müstəqilliyin və azadlığın 100 ili” adlı I Azərbaycan Liberal Forumu keçirilir. APA-nın məlumatına görə, tədbir Azərbaycan naminə Fridrix Nauman Fondunun Cənubi Qafqaz ofisi tərəfindən təşkil edilib. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, Türkiyənin Azərbaycandakı səfirliyinin təmsilçiləri, millət vəkilləri Sabir Rüstəmxanlı, Vahid Əhmədov, AXCP sədri Əli Kərimli, Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili, digər yerli və xarici qonaqlar iştirak ediblər. Tədbirin açılış mərasimində Fridrix Nauman Fondunun Bakı nümayəndəliyinin təmsilçisi Ərəstun Oruclu, təşkilatın Mərkəzi, Cənubi, Şərqi, Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Rene Klaf, ELDR-ın vitse-prezidenti Dik Roşe, Müsavat partiyasının başqanı İsa Qəmbər çıxış edərək qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən danışıblar.

Forum saat 19.00-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR