Bank Of Baku

DAK İdarə Heyətinin üzvləri Milli Məclisdə görüşlər keçirəcək

DAK İdarə Heyətinin üzvləri Milli Məclisdə görüşlər keçirəcək
# 07 oktyabr 2011 11:05 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyəti üzvlərinin Bakı səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə İdarə Heyəti üzvlərinin Bakıda keçirdiyi görüşlər barədə məlumat verilib.

DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, bu müddət ərzində bir sıra görüşlər keçirilib, vacib təşkilati məsələlər müzakirə olunub, eyni zamanda Cənubi Azərbaycanda gedən proseslərə, Urmiya gölünün qurumasına İran dövlətinin biganə münasibətinə etiraz olaraq İran səfirliyinin binası qarşısında aksiya keçirilib. S. Rüstəmxanlı deyib ki, bü gün DAK İH üzvlərinin Milli Məclisdə millət vəkilləri ilə görüşü olacaq və bununla da Bakı səfəri yekunlaşacaq.

Tədbirdə DAK həmsədri Firidun Pərvizniya, Daimi Şuranın sədri Əjdər Tağızadə və başqaları da çıxış ediblər. Bildirilib ki, DAK-ın növbəti qurultayı 2012-ci ilin yazında Ukraynada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR