Bank Of Baku

İsa Qəmbər: “Türkiyə Azərbaycanın daimi müttəfiqidir”

İsa Qəmbər: “Türkiyə Azərbaycanın daimi müttəfiqidir”
# 07 oktyabr 2011 11:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Türkiyə Azərbaycanın daimi müttəfiqidir, Türkiyənin Azərbaycana dəstəyi əvəzsizdir”. APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında keçirilən “Müsavat Partiyası: müstəqilliyin və azadlığın 100 ili” adlı I Azərbaycan Liberal Forumunda deyib. O bildirib ki, Ermənistan nə vaxtsa Azərbaycanın işğal etdiyi ərazilərindən çıxacaq, bununla da Cənubi Qafqaz ölkələrinin Avropaya birgə inteqrasiyası mümkün olacaq. Müsavat lideri münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını da söyləyib.

İ. Qəmbər Müsavat Partiyasının demokratik bir qurum olduğunu vurğulayaraq ümid etdiyini bildirib ki, növbəti başqanlardan biri qadın olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR