Bank Of Baku

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 254 nəfərin namizədliyi təsdiqlənib

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 254 nəfərin namizədliyi təsdiqlənib
# 08 oktyabr 2011 09:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Noyabrın 30-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 32 seçki dairəsi və 92 bələdiyyə üzrə 254 nəfərin namizədliyi təsdiqlənib. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata görə, namizədliyi təsdiqlənənlərdən 164 nəfəri imza vərəqələrini də götürüb.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçkilər 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR