Bank Of Baku

“Müsavat Partiyası – müstəqilliyin və azadlığın 100 ili” adlı yubiley tədbiri keçirilib

“Müsavat Partiyası – müstəqilliyin və azadlığın 100 ili” adlı yubiley tədbiri keçirilib
# 08 oktyabr 2011 12:06 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Müsavat Partiyasının qərargahında “Müsavat Partiyası – müstəqilliyin və azadlığın 100 ili” adlı yubiley tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbirdə partiyanın yaranma tarixi, fəaliyyəti haqqında məlumat verilib.

Mərasimdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 100 il əvvəl yaranan partiyanın əsas məqsədi Azərbaycanın müstəqilliyə qovuşması olub: “Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə şərqdə ilk müsəlman-demokratik respublikası qurulub. Həmin dövrdə Müsavat Partiyası bu proseslərin aparıcı siyasi qüvvəsinə çevrilib və xalqımızın həyatında mühüm rol oynayıb. Biz bu gün də müsavatçılıq ənənələrini davam etdiririk”.

Tədbirdə Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Osman Faruk Loğoğlu, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, sabiq millət vəkili Pənah Hüseyin, AXCP sədri Əli Kərimli və başqaları çıxış edərək öz təbriklərini çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR