Bank Of Baku

Azərbaycanda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirilir

Azərbaycanda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirilir
# 10 oktyabr 2011 07:54 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 10-da Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum başlayıb. APA-nın məlumatına görə, Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Forum çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə “İnkişafın iqtisadi modellərinin humanitar aspektləri”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri”, “Biotexnologiyalar və etika problemləri”, “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Sosial jurnalistika və yüksək texnologiyalar”, “Elmlərin konvergensiyası” mövzularında diskussiyalar aparılacaq. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.

Beynəlxalq Forumda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri Bakıya gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR