Bank Of Baku

Hacı Akif Heydərli: “İslam Partiyası nümayəndələrinin 11-16 il həbsə məhkum edilməsi çox ağır cəzadır”

Hacı Akif Heydərli: “İslam Partiyası nümayəndələrinin 11-16 il həbsə məhkum edilməsi çox ağır cəzadır”
# 10 oktyabr 2011 11:43 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Azərbaycan İslam Partiyası (AİP) İdarə Heyətinin və həbs olunan islamçıların hüquqlarını müdafiə komitəsinin birgə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə həbs olunan AİP təmsilçilərinə qarşı elan olunan məhkəmə hökmü və onların azad edilməsi istiqamətində müəyyən işlərin görülməsi müzakirə edilib.

Həbs olunan islamçıların hüquqlarını müdafiə komitəsinin üzvü Hacı Akif Heydərli AİP təmsilçilərinə qarşı çıxarılan məhkəmə hökmünün çox ağır olduğunu bildirib: “Partiya nümayəndələrinin 11-16 il həbsə məhkum edilməsi çox ağır cəzadır. Belə hallar Azərbaycan xalqının birliyinə təhlükədir”.

Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov deyib ki, hicab qadağasına etiraz edən 40 nəfərə yaxın insan həbs olunaraq məhkum həyatı yaşayır: “Biz baş verən proseslərlə bağlı Avropa məhkəmələrinə müraciət etməyi düşünürük. ATƏT-in Bakı ofisinə müraciət əsasında bu qurumun nümayəndəsi məhkəmə proseslərində iştirak edib”.

Tədbirdə bildirilib ki, AİP Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını əsas götürərək bütün qanunların aliliyini qəbul edib və onların yerinə yetirilməsinə çalışıb, ölkədə sabitliyin qorunmasında maraqlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR