Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 10 oktyabr 2011 14:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncağın əvvəlində Nəsimi rayon məhkəməsi tərəfindən 2 aprel 2011-ci il tarixdə saxlanılmış Əhəd Məmmədliyə 3 il, Ülvi Quliyevə 3 il, Elnur Məcidliyə 2 il və Rüfət Hacıbəyliyə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilməsi pislənib və bu məsələ ilə bağlı ayrıca bəyanat qəbul edilib.

Gündəliyin qərarların icrasına aid bölümündə Müsavat Partiyasının 100 illik yubileyinə həsr olunmuş 7 oktyabr tarixli beynəlxalq forum və Müsavat Partiyasının özünün keçirdiyi 8 oktyabr tarixli yubiley tədbiri haqqında geniş fikir mübadiləsi aparılıb. Partiyanın yubileyinə ölkə daxilindən və xaricdən, o cümlədən, qardaş Türkiyədən və Avropa ölkələrindən çoxlu təbriklər daxil olduğu və daxil olmaqda davam etdiyi qeyd edilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Fransa prezidenti Nikola Sarkozinin Güney Qafqaza səfəri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR