Bank Of Baku

ADP İdarə Heyəti Fransa prezidentinin açıqlamalarını kəskin pisləyib

ADP İdarə Heyəti Fransa prezidentinin açıqlamalarını kəskin pisləyib
# 10 oktyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyətinin üzvləri ilk növbədə Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələrini müzakirə ediblər. N. Sarkozinin səfər çərçivəsində İrəvanda Türkiyə və Azərbaycan əleyhinə səsləndirdiyi təhdid xarakterli bəyanatları kəskin pislənib və bu bəyanatların son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasına xidmət edən digər hadisələrlə yaxından bağlı olduğu vurğulanıb.

İH üzvləri vəkil Aslan İsmayılovun ofisində onun özünün iştirakı olmadan Vəkillər Kollegiyasının üzvləri tərəfindən aparılan axtarış və müdaxilədən narahat olduqlarını da bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR