Bank Of Baku

Azərbaycanda boş qalmış bələdiyyələrə seçkilərdə iştirak etmək üçün 298 nəfərin namizədliyi təsdiqlənib

Azərbaycanda boş qalmış bələdiyyələrə seçkilərdə iştirak etmək üçün 298 nəfərin namizədliyi təsdiqlənib
# 10 oktyabr 2011 15:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 33 seçki dairəsi və 97 bələdiyyə üzrə 298 nəfərin namizədliyi təsdiqlənib. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Namizədliyi təsdiqlənənlərdən 216 nəfəri imza vərəqələrini də götürüb.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR