Bank Of Baku

“Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimatı keçiriləcək

“Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimatı keçiriləcək
# 11 oktyabr 2011 08:28 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 14-də “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcək. Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən xəbərə görə, kitabın müəllifləri – “Qafqaz və Qloballaşma” elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovdur.

Kitab Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti – münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb.

Kitabda münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapıb.

Tədbirdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini Araz Əzimov, millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR