Bank Of Baku

Azərbaycanda 65 yaş senzi ilə əlaqədar işdən çıxarılmış məktəb direktorları və müəllimlər məntəqə seçki komissiyalarından da kənarlaşır

Azərbaycanda 65 yaş senzi ilə əlaqədar işdən çıxarılmış məktəb direktorları və müəllimlər məntəqə seçki komissiyalarından da kənarlaşır
# 11 oktyabr 2011 09:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda 65 yaş senzi ilə bağlı işdən çıxarılmış məktəb direktorları və müəllimlər məntəqə seçki komissiyalarının sədri və üzvü vəzifələrindən də kənarlaşırlar. APA-nın məlumatına görə, Azərbaycanın müvafiq qanunvericiliyində 65 yaş həddi seçki komissiyalarının sədrləri və üzvlərinə aid edilməsə də, aşağı seçki komissiyalarında təmsil olunan sabiq direktor və müəllimlərin ərizə ilə seçki fəaliyyətlərinə son verməsi halları müşahidə olunur.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov APA-ya açıqlamasında deyib ki, qanunvericilikdə seçki komissiyası üzvləri ilə bağlı yaş həddi tətbiq olunmur: “Bu məsələlər qarışdırılmamalıdır. Şəxsin məktəb direktoru və ya müəllim kimi vəzifəsini itirməsi belə qaydalar şamil olunmayan digər fəaliyyəti həyata keçirməsinə mane olmur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR