Bank Of Baku

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək istəyən 754 nəfərin namizədliyi təsdiqlənib

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək istəyən 754 nəfərin namizədliyi təsdiqlənib
# 12 oktyabr 2011 07:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 62 seçki dairəsi və 204 bələdiyyə üzrə 754 nəfərin namizədliyi təsdiqlənib. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Namizədliyi təsdiqlənənlərdən 616 nəfəri imza vərəqələrini götürüb.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR