Bank Of Baku

AMİP-in qərargahında “Müstəqilliyimizin qazanılmasında qadınların rolu və yeri” mövzusunda dəyirmi masa keçirilib

AMİP-in qərargahında “Müstəqilliyimizin qazanılmasında qadınların rolu və yeri” mövzusunda dəyirmi masa keçirilib
# 12 oktyabr 2011 12:13 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) “Müstəqilliyimizin qazanılmasında qadınların rolu və yeri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AMİP Qadınlar Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının ikinci dəfə qazandığı müstəqilliyin əldə edilməsində iştirak etmiş qadınların rolu xüsusi qeyd olunub. Dəyirmi masada bildirilib ki, qadınlar həmişə cəmiyyətin əsasını təşkil edib. Bu mənada Azərbaycan qadınları da cəmiyyətin həyatında mühüm rol oynayaraq müstəqilliyimizin əldə edilməsində qəhrəmanlılıq göstərərək öndə olublar. Bu da Azərbaycan qadınının mübarizliyini, vətənpərvərliliyini əks etdirən əsas xüsusiyyətlərdir.

Tədbirdə AMİP Siyasi Şurasının üzvü Aminə Vəliyeva, İrəvan Azadlıq Təşkilatının sədri Ceyran Ənsər, “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri Jalə Cəfərova, Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Fəridə Əsgərova və Arzu Qasımova, Müsavat Partiyasının üzvü Sevinc Hüseynova, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı, KXCP üzvü Nərgiz Nağıyeva, İctimai Palatanın (İP) üzvü Yeganə Əmiraslanova, “Azəri-Türk” Qadınlar Birliyinin sədr müavini Adilə Məmmədli və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR