Bank Of Baku

Azərbaycan prezidenti bir qrup dəmiryolçunu təltif edib

Azərbaycan prezidenti bir qrup dəmiryolçunu təltif edib
# 12 oktyabr 2011 15:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, sərəncama əsasən dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Rüstəmov Ağarəhim Rüstəm oğlu “Şöhrət” ordeni ilə, “Azərbaycan Dəmir Yolları” QSC-nin 17 işçisi “Tərəqqi” medalı ilə təltif olunub.
Prezidentin digər sərəncamı ilə Fərzalı İsmayıl oğlu İbrahimova dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR