Bank Of Baku

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib
# 12 oktyabr 2011 16:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP ) Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, partiyanı parlamentdə təmsil edən deputatlar, həmçinin digər siyasi partiyanın nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirin əhəmiyyətdən danışıb. O, Azərbaycanın müstəqilliyin ilk dəfə ötən əsrin əvvəlində əldə etdiyini, lakin bu müstəqilliyin ömrünün cəmi 23 ay sürüdüyünü deyib. O bildirib ki, Azərbaycan əsrin sonlarında da müstəqilliyini əldə edib, lakin bu müstəqilliyin qorunması da çətin olub. Bu tarixi işi isə Heydər Əliyev həyata keçirib.

Tədbirin bədii hissəsində xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR