Bank Of Baku

Bahar Muradova: “Azərbaycan qanunvericiliyində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub”

Bahar Muradova: “Azərbaycan qanunvericiliyində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub”
# 13 oktyabr 2011 09:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanda dövlət quruculuğu və ictimai fəaliyyət sahəsində qadınlar və kişilər bərabər hüquqa malikdir və bərabər imkanlar əldə etməkdədir. Azərbaycanda qadınların dövlət quruculuğu və ictimai fəaliyyətdə təmsilçiliyi onların istəyi ilə bağlıdır”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, hazırda gender bərabərliyi dünyada ən aktual məsələlərdəndir: “Azərbaycan qanunvericiliyində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub. Ailə, Əmək, Cinayət Məcəllələrində qadınlara münasibət öz əksini tapıb. Ötən 20 il müddətində Azərbaycanda gender bərabərliyi sahəsində uğurlar qazanılıb. Hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur. Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul edilib. Uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq. İndi Azərbaycanda əsas məsələlərdən biri məişətdə qadınlara layiq olmayan münasibətdir. Bu münasibəti aradan qaldırmaq məqsədilə məişət zorakılığı haqqında qanun qəbul edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR