Bank Of Baku

ADP Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin İsveç parlamentində qeydiyyatdan keçməsi təşəbbüsünü yüksək qiymətləndirib

ADP Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin İsveç parlamentində qeydiyyatdan keçməsi təşəbbüsünü yüksək qiymətləndirib
# 13 oktyabr 2011 12:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycan Demokrat Partiyası (ADP) Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından işğalçıların çəkilməsi və Azərbaycan məcburi köçkünlərinin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamənin İsveç parlamentində qəbul edilməsi üçün qeydiyyatdan keçməsi təşəbbüsünü yüksək qiymətləndirib. Partiyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu, dünyada sülhün və ədalətin bərqərar olunmasında mühüm addım və digər dövlətlərin hökumətləri üçün bir nümunə kimi yüksək qiymətləndirilir, digər Avropa dövlətlərinin parlamentlərini və hökumətlərini analoji addımlar atmağa, təcavüzkarın deyil, təcavüzə məruz qalanın yanında durmağa çağırır.

ADP Azərbaycan hökumətini və parlamentini bütün vasitələrlə bu kimi fəaliyyətləri dəstəkləməyə, eyni zamanda digər dövlətlərin parlamentlərində də bu cür qətnamələrin qəbul edilməsi üçün ciddi fəaliyyət göstərməyə çağırıb.

Qeyd edək ki, qətnamə layihəsinin təşəbbüsçüsü İsveç Yaşıllar Partiyasının parlament fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR