Bank Of Baku

Azərbaycan Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirilib

Azərbaycan Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirilib
# 14 oktyabr 2011 14:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün həbsdə olan Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədovun və digərlərinin, eyni zamanda İctimai Palatanın Bakıda keçirdiyi razılaşdırılmamış aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə bir qrup şəxs Ədliyyə Nazirliyinin qarşında aksiya keçirib. APA-nın xəbərinə görə, aksiya iştirakçıları şüarlar səsləndiriblər və həbsdə olan şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

Polis əməkdaşları aksiyanın qarşısını alıblar.

Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, aksiya zamanı 14 nəfər saxlanılıb. Onlardan 10-u 26-cı, 4-ü isə 27-ci Polis Bölməsinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR