Bank Of Baku

Çingiz Qənizadə QAT üzvlərinə açıq məktub ünvanlayıb

Çingiz Qənizadə QAT üzvlərinə açıq məktub ünvanlayıb
# 14 oktyabr 2011 14:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Millət Məclisin deputatı, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvlərinə açıq məktub ünvanlayıb. APA-nın məlumatına görə, məktub QAT-ın daxili işlər naziri Ramil Usubovun Ermənistana səfəri haqqında bəyanatı ilə əlaqədardır. Məktubda qeyd olunub ki, daxili işlər naziri Ramil Usubov haqqında QAT-ın yaydığı bəyanat QHT fəaliyyəti ilə bir araya sığmayan radikal siyasi təşkilatın bəyanatına bənzəyir. Bəyanatın təhqir və böhtan üzərində kökləndiyi, bunun hüquqi məsuliyyətə gətirib çıxaran bir sənəd olduğu bildirilir.

Hüquq müdafiəçisi R. Usubova qarşı bu cür təhqir dolu yazıların və fikirlərin mətbuatda yer almasını pislədiyini bəyan edib.

Qeyd edək ki, QAT R. Usubovun İrəvana səfəri ilə bağlı bəyanat verib. Bəyanatda R. Usubovun Ermənistana səfər etməsi pislənir, bunun yolverilməz olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR