Bank Of Baku

Bayram Səfərov: “Dağlıq Qarabağda yaşayan ağsaqqal ermənilərlə danışmağa həmişə hazırıq”

Bayram Səfərov: “Dağlıq Qarabağda yaşayan ağsaqqal ermənilərlə danışmağa həmişə hazırıq”
# 14 oktyabr 2011 15:09 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib. “Dağlıq Qarabağda Azərbaycan dövlətinin şərtlərini qəbul edən, Azərbaycan dövlətinin və iqtisadiyyatının imkanlarından, mənfəətindən faydalanmaq istəyən, Azərbaycan xalqı kimi şən-firavan, sülhsevər yaşamaq istəyən hər bir erməni ilə görüşməyə və danışmağa hazırıq”, - deyə B. Səfərov vurğulayıb.

İşğal olunmuş Azərbaycan ərazilərində ermənilərin apardığı süni məskunlaşdırma siyasətinə toxunan B. Səfərov Azərbaycan tərəfinin bundan qorxmadığını bildirib: “Ora kimin köçürülməsindən asılı olmayaraq bütünlükdə Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin şəxsiyyət vəsiqəsini daşımayan şəxslərin orada sayının süni şəkildə artırılmasının heç bir əhəmiyyəti yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR