Bank Of Baku

Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Möhtəşəm 20 il” adlı dəyirmi masa keçirilib- FOTOSESSİYA

Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Möhtəşəm 20 il” adlı dəyirmi masa keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 15 oktyabr 2011 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı Heydər Əliyev yolunu seçməklə dövlət müstəqilliyinin dönməzliyini təmin edib: “20 illik müstəqillik bir xalqa nəyi verə bilərsə, Azərbaycan xalqı bunun hamısına artıqlaması ilə nail olub. Müstəqillik elan olunduqdan sonra Azərbaycan dilemma qarşısında qalmışdı - ya xaos və sonu bilinməyən bir yolu, ya da Heydər Əliyev yolunu seçməli idi. Heydər Əliyev yoluna daha çox inandığına görə Azərbaycan xalqı bu yolu seçdi”.

Ə. Əhmədov deyib ki, müstəqilliyin ilk illərində dövlət büdcəsi 2 milyon ABŞ dollarına yaxın olduğu halda, hazırda Azərbaycanın büdcəsinin həcmi 20 milyard ABŞ dollarına çatır. YAP sədrinin müavini Azərbaycan iqtisadiyyatının güclənməsi və dünyadakı siyasi mövqeyi haqqında da danışıb: “Azərbaycan bu illər ərzində böyük inkişaf yolu keçib, regionun lider dövlətinə çevrilib, dünya dövlətləri sırasında mövqeyini gücləndirib”.

Milli Məclis sədrinin müavini Bahar Muradova da müstəqilliyi Azərbaycan xalqının ən böyük uğuru hesab etdiyini deyib: “Azərbaycanın bu inkişafa nail olmasında Yeni Azərbaycan Partiyasının xüsusi rolu var. Çünki müstəqilliyin 18 ili YAP-ın iqtidarda olduğu dövrü əhatə edir. Mən fəxr edirəm ki, YAP-ın üzvüyəm və dövlət quruculuğu prosesində iştirak edirəm”.

B. Muradova Azərbaycan hakimiyyətinin ölkədə siyasi plüralizm tərəfdarı olduğunu, bütün siyasi partiyaların inkişafını istədiyini də diqqətə çatdırıb. Bu istiqamətdə lazımi addımlar atıldığını qeyd edən vitse-spiker əsas məqsədin respublikanın demokratikləşməsi və inkişafı olduğunu vurğulayıb.

B. Muradova müstəqilliyin möhkəmləndirilməsində, dövlətçiliyin qurulmasında H. Əliyevin xüsusi rolunu vurğulayaraq, onun fəaliyyətindən söhbət açıb.

Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Vahid Əhmədov, İlyas İsmayılov, Fazil Mustafa, Qüdrət Həsənquliyev və digərləri çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsi zamanı tarixi proseslər haqda danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR