Bank Of Baku

“Qarabağ” blokunun üzvləri Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər

“Qarabağ” blokunun üzvləri Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər
# 15 oktyabr 2011 11:15 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Qarabağ” blokuna daxil olan ADP və Ümid Partiyasının üzvləri bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər. ADP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidləri ehtiramla yad edib, ruhuna dualar oxuyub, məzarları üzərinə əklillər qoyublar.

Blok üzvləri Azərbaycan istiqlalı yolunda canlarından keçən, vətənlərindən uzaqlarda- Azərbaycanda erməni daşnakları və onların himayədarı olan ingilis ordusuna qarşı döyüşlərdə həlak olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış Türk Şəhidliyini də ziyarət edib, onları ehtiramla yad ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR