Bank Of Baku

Müsavat Partiyasında bayram tədbiri keçiriləcək

Müsavat Partiyasında bayram tədbiri keçiriləcək
# 17 oktyabr 2011 10:06 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Müsavat Partiyasında xüsusi bayram mərasimi keçiriləcək. APA-nın məlumatına görə, bunu İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusubov deyib. Ə. Yusubov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 18 oktyabrda keçirmək istədiyi bayram yürüş-mitinqinə icazə verməyib: “Meriyadan məlumat verilib ki, yürüş-mitinqin keçirilməsi üçün təklif olunan ərazilər nəqliyyatın intensiv hərəkət etdiyi və əhalinin sıx olduğu yerlər olduğundan tədbirə icazə verilməyib. Biz də bunu nəzərə alaraq Müsavat Partiyasının qərargahında bayram tədbirinin keçirilməsinə qərar verdik”.

Ə. Yusubovun sözlərinə görə, mərasimdə İP üzvləri, ziyalılar, istiqlalçı deputatlar və müxalifət nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR