Bank Of Baku

ADP Azərbaycan hökumətini Latviyanın Ermənistana silah satması məsələsinə adekvat reaksiya verməyə çağırıb

ADP Azərbaycan hökumətini Latviyanın Ermənistana silah satması məsələsinə adekvat reaksiya verməyə çağırıb
# 17 oktyabr 2011 13:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

İdarə Heyətinin üzvləri ilk növbədə Latviyanın Ermənistanla yeni növ silah satmasına dair sövdələşməyə toxunaraq Cənubi Qafqazda işğalçı dövlət kimi tanınan Ermənistanın birtərəfli qaydada hərbiləşdirilməsinə gətirib çıxaran bu cür faktların bölgədə sülhün və təhlükəsizliyin daha da pozulmasına xidmət edəcəyindən ciddi narahatlıq duyduqlarını vurğulayıblar. Partiya Azərbaycan hökumətini Latviyanın Ermənistana silah satması məsələsinə adekvat reaksiya verməyə çağırıb.

İH 2 aprel mitinqində həbs edilən məhbusların valideynlərinin aclıq aksiyasına başlaması faktından da narahat olduqlarını bildirib.

Ukrayna müxalifətinin lideri Yuliya Timoşenkonun həbsə məhkum olması da ADP rəhbərliyini narahat edən hadisələr sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR