Bank Of Baku

YAP-ın elan etdiyi “Müasir Azərbaycan-20” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

YAP-ın elan etdiyi “Müasir Azərbaycan-20” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 17 oktyabr 2011 13:22 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə partiyanın elan etdiyi “Müasir Azərbaycan-20” yazı müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu müsabiqəni elan etməklə gənclərin dövlət müstəqilliyi və keçilən 20 illik müstəqillik yolu ilə bağlı düşüncələrini ortaya qoymasına şərait yaratmaq istəyiblər.

Münsiflər heyətinin rəhbəri, YAP icra katibinin müavini Mübariz Qurbanlı müsabiqənin nəticələri haqqında məlumat verərək deyib ki, müsabiqə müddətində 100-ə yaxın məqalə təqdim olunub: “Onların 63-ü “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərində dərc olunub. Geniş və əhatəli təhlillərin nəticəsi olaraq Münsiflər Heyəti 5 yazının qalib elan olunması haqda qərar qəbul edib”.

Sonda Ə. Əhmədov müsabiqənin qaliblərinə mükafatlar təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR