Prezident İlham Əliyev: “Azərbaycanda sosial ədalət prinsipləri tam bərqərar edilib”
Prezident Əliyev bəyan edib ki, gələcəkdə də Azərbaycanda siyasi islahatların dərinləşməsinə çalışılacaq: “Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyinin bərqərar olunması sahəsində böyük işlər görülüb və bundan sonra da görüləcək. Biz etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlara üzv olmuşuq və üzərimizə götürdüyümüz bütün öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetiririk. Eyni zamanda, siyasi islahatların aparılması üçün güclü iqtisadi dayaqlar olmalıdır. Son 8 il ərzində Azərbaycan dünya miqyasında heç vaxt tarixdə bu günə qədər analoqu olmayan inkişaf templərini göstərir. Bunu bütün statistik göstəricilərdə də hər kəs görə bilər. Səkkiz il ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artmışdır, 950 min yeni iş yeri açılıb, yoxsulluq 5 dəfə - 500 faiz azalıb, büdcə xərcləri təxminən 20 dəfə artıb. Beləliklə, ölkənin uğurlu, dayanıqlı və sürətli inkişafı təmin edilib. Əgər biz bu göstəricilərin 30 faizinə nail olsaydıq, bunu da böyük uğur kimi qəbul edəcəkdik. Ancaq əldə edilmiş uğurlar göstərir ki, biz düzgün yoldayıq”.
Prezidentin sözlərinə görə, Azərbaycanda sosial ədalət prinsipləri tam bərqərar edilib: “Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Həmçinin çox güclü sosial siyasət aparırıq. Əgər belə olmasaydı, bu il pensiyaçıların pensiyası təxminən 40 faiz artmazdı. Biz sözlə, iqtisadi və sosial sahələrdə aparılan siyasət öz nəticəsini verib. Bu siyasət növbəti illərdə davam etdiriləcək və əminəm ki, bir neçə ildən sonra Azərbaycanda iqtisadi və infrastruktur sahələrində bütün məsələlər öz həllini tapacaq”.
“20 il ərzində Azərbaycan bölgədə və dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə, dost ölkə kimi tanıtdıra bilib”, deyən president Əliyev xoşniyyətli siyasətlə Azərbaycanın bu gün dünyada özü üçün dostlar qazandığını bəyan edib. “Tərəfdaşlarımızın, Azərbaycan ilə xoş münasibətlər qurmaq istəyənlərin sayı artır. Bunu biz də istəyirik. Bizim siyasətimiz bütün sahələrdə xoşniyyətlidir. Biz əməkdaşlığın tərəfdarıyıq. Əməkdaşlıq üçün təkliflərimizi irəli sürürük. Əməkdaşlıq üçün lazım gələn vaxtda dəstəyimizi də əsirgəmirik. Artıq belə misalları da çəkmək olar. Dəfələrlə Azərbaycan tərəfdaşlarına lazım olan anda dostluq əlini uzatmışdır. Biz bu siyasəti davam etdirəcəyik. Biz istəyirik ki, bütün bölgədə sülh, əmin-amanlıq olsun. Bütün xalqlar mehriban qonşuluq şəraitində yaşasınlar. Ölkə daxilində hökm sürən sabitlik, inkişaf, xoşniyyətli siyasət və xoş ovqat bizi daha da gücləndirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük üstünlüyümüzdür, xoşbəxtliyimizdir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Biz bir ailəyik. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Ölkəmizin hərtərəfli inkişafında hər bir Azərbaycan vətəndaşının rolu olmalıdır və var. Biz 20 il ərzində böyük yol keçmişik - müstəqillik yolu, suverenlik yolu, azadlıq yolu. İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyil. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülüb ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik. Ancaq biz hamımız, burada əyləşənlər, bu gün bizə baxanlar, bizim vətəndaşlarımız bilirik ki, müstəqil Azərbaycan üçün bu, birinci addımlardır. Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaq. Bu 20 il 120 il, 220 il, 520 il olacaq. Müstəqil respublikamız əbədi yaşayacaq. Bizdən asılıdır ki, Azərbaycan hansı əsaslarla idarə olunacaq. Bu gün qoyulan əsaslar - müstəqillik, suverenlik, demokratiya, bazar iqtisadiyyatı, sosial ədalət prinsipləri dövlətçiliyin əsaslarıdır. Güclü milli ideologiya, milli ruh, milli ləyaqət bizə yol göstərən prinsiplərdir. Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlər boyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşayıblar və həyatdan gediblər. Amma bu müstəqilliyi görməyiblər. Bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk. Azərbaycanı, müstəqil dövləti irəliyə aparırıq. Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Bugünkü Azərbaycan xalqımızın zəhməti və istedadı hesabına formalaşıb”, deyə dövlət başçısı əlavə edib.
Azərbaycanda müasir dövlət qurulduğunu xatırladan president bu dövlətin möhkəm ənənələr, möhkəm dəyərlər, milli mənəvi dəyərlər üzərində qurulduğunu bəyan edib: “Bu gün Azərbaycanı artıq bəzi dairələrdə bir örnək ölkə kimi təqdim edirlər. Bu, bizi sevindirir. Yəni bu, Azərbaycanın əldə etdiyi uğurlara verilən qiymətdir, ancaq, eyni zamanda, bizim məsuliyyətimizi də artırır. Biz istəyirik ki, ölkə daxilində işlər yaxşı getsin, qonşuluqda əmin-amanlıq, sülh olsun. Xarici siyasətdə istəyimiz ondan ibarətdir ki, dostlarımızın sayı artsın. Bütün səylərimizi səfərbər etmişik ki, Azərbaycanı daha da inkişaf etdirək, insanlar üçün daha da yüksək şərait yaradaq, insanların maddi rifahını artıraq, ölkə iqtisadiyyatını gücləndirək. Artıq Azərbaycan regional müstəvidə güc mərkəzidir. Bunun səbəbi təkcə təbii ehtiyatlar deyildir. Təbii ehtiyatlar sadəcə olaraq bizə ilkin təkan verdi ki, ondan səmərəli istifadə edək.
Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir. Azərbaycan xalqı bu 20 il ərzində vətəndaş həmrəyliyi göstərib. Azərbaycan xalqı bu illər ərzində nə qədər böyük xalq olduğunu göstərib. İyirmi ildə biz böyük nailiyyətlərə çatmışıq. Əminəm ki, bundan sonra da biz bu nailiyyətləri artıracağıq, ölkəmizin hərtərəfli inkişafı üçün çalışacağıq, daha da qüdrətli, daha da gözəl ölkə yaradacağıq”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır