Bank Of Baku

Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri və baş katibi ilə görüşüb

Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri və baş katibi ilə görüşüb
# 18 oktyabr 2011 09:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiya sədrinin müavini – icra katibi Əli Əhmədov və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq arasında görüş keçirilib. APA-nın məlumatına görə, Ə. Əhmədov bu gün Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin tamam olduğunu xatırladıb. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu da xatırladaraq deyib ki, beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan hələ də öz işğalçı siyasətini davam etdirir.

Qonaq Azərbaycan müstəqilliyinin 20 illiyi münasibətilə YAP-ın sədr müavinini təbrik edib. Azərbaycan və Koreya arasında münasibətlərin inkişafından məmnun olduğunu söyləyən Çunq Eu Yonq İCAPP-la əlaqələrə önəm verdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.

Qeyd edək ki, İCAPP-ın ilk təsis iclası 2000-ci ilin sentyabr ayında Filippində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR