Bank Of Baku

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş iclası keçirilir

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş iclası keçirilir
# 18 oktyabr 2011 09:18 (UTC +04:00)
Spiker Oqtay Əsədov deputatları bayram münasibəti ilə təbrik edib. Spiker bildirib ki, Azərbaycan xalqı müstəqilliyini elan etməsi mürəkkəb dövrə təsadüf edib: «Müharibə şəraiti, eyni zamanda ölkə rəhbərliyinin səriştəsizliyi, xaos çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Ermənistandan qaçqın axını, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Şuşanın, Laçının və digər torpaqların işğal edilməsi baş verdi. 1993-cü ilin vahiməli iyun günlərində Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı və ölkənin siyasi-iqtisadi inkişaf strategiyasının təməli qoyuldu».

Spiker deyib ki, artıq Azərbaycanda keçirilən islahatlar ölkəni dünyanın diqqət mərkəzində saxlayır. Görülən işlər Azərbaycanı Avropa xalqları ailəsinin bir üzvünə çevirdiyini deyən O. Əsədov bildirib ki, Azərbaycan neft-qaz sahəsində həyata keçirilən böyük regional əhəmiyyətli layihələrin əsas iştirakçısıdır: “Ordu quruculuğu da uğurla inkişaf etdirilir. Bizim bir əsas problemimiz var, o da torpaqlarımızın ermənilərin işğalı altında olmasıdır. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bütün dünya ictimaiyyəti Qarabağ həqiqətlərini anlamağa başlayıb. Ümid edirik ki, bu problem də tezliklə həll olunacaq», - deyə O. Əsədov vurğulayıb.

Daha sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Parlamentin iclası davam edir.

İclasa Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR