Azərbaycan Milli Məclisinin dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclasında deputatlar çıxış ediblər
Heydər Əliyevin ordu quruculuğuna böyük diqqət yetirdiyini deyən Z. Əsgərov Azərbaycan ordusunun 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərində düşmənə ağır zərbələr vurduğunu, bundan sonra cəbhə xəttində atəşkəsə dair müqavilə imzalandığını bildirib. O, parlamentin müstəqillik dövründəki fəaliyyətindən də danışıb: “16 ilə yaxındır parlament qanunvericilik səlahiyyətlərini uğurla həyata keçirir. 1995-ci ildən bu yana Milli Məclis 3200-dən çox qanun və qərar qəbul edib. Təcrübəmiz göstərir ki, parlament əsl demokratiya məktəbidir. Parlament demokratik təsisatları möhkəmləndirir və nəticə etibarilə hüququn aliliyinin təmin olunmasına zəmanət yaradır. Milli Məclis beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi, müvafiq qərarların qəbulu ilə bağlı uğurlu fəaliyyət göstərir”.
Millət vəkili Vahid Əhmədov qeyd edib ki, müstəqillik çox çətin və mürəkkəb şəraitdə əldə olunub: “Müstəqilliyə gələn yolda bir sıra çətinliklərlə qarşılaşdıq. Ali Sovet SSRİ-nin saxlanılması barədə referendum keçirilməsinə qərar verdi. Naxçıvan Ali Soveti isə belə bir referendumun keçirilməməsi barədə qərar qəbul etdi. Bakıda Ali Sovetdə keçirilən səsvermədə deputatların yalnız 43 nəfəri müstəqilliyə səs verdi. Mən fəxr edirəm ki, müstəqilliyə səs verən 43 nəfərdən biriyəm”.
V. Əhmədov Azərbaycanın müstəqillik dövründə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb və bunu 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin nəticəsi kimi qiymətləndirib: “Lakin atəşkəsdən 17 il keçməsinə baxmayaraq, biz Qarabağ məsələsinin həllində nəyəsə nail ola bilmirik. Hesab edirəm ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək. Azərbaycanın güclü ordusu var”.
Fazil Mustafa isə bildirib ki, Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub, Azərbaycan xalqının 35 milyonluq digər hissəsi də vaxt gələcək, müstəqilliyə nail olacaq. F. Mustafa hesab edir ki, müstəqilliyə səs verənlərlə verməyənləri ayırmaq lazım deyil: “Yaxşı olardı ki, o dövrdə müstəqilliyə səs vermiş, indi radikal müxalifətdə olanları da Milli Məclisə dəvət edəydik. Müstəqilliyə səs verənlər və onların ailələrinə prezident təqaüdünün verilməsi də müsbət olardı”.
F. Mustafa onu da əlavə edib ki, Azərbaycan Bakını işğaldan azad etmiş Nuru Paşa məsələsinə həssas yanaşmalıdır: “Ona layiqli qiymət verilməlidir”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ötən 20 il ərzində Azərbaycanın sosial dövlətə çevrilməyə başladığını vurğulayıb: “Biz indi yeni insanlarıq. 20 il əvvəlki, sabaha ümidi olmayan insanlar deyilik”.
İqbal Ağazadə bəyan edib ki, Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması özü nailiyyətdir: “Mən çox istərdim ki, ölkədə vətəndaş sülhü və barış cəmiyyəti yaratmaqla Azərbaycan ərazilərini işğaldan azad edək. Çox istərdim ki, 1991-ci ildə müstəqillikdə rolu olanlara “İstiqlal” ordeni verilsin, bütün problemləri bir masa arxasında çözə biləcək iqtidar-müxalifət birliyi yaransın”.
İ. Ağazadə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili M. Əliyevadan xahiş edib ki, həbsdə olanlara amnistiya verilməsi təklifi ilə çıxış etsin: “Arif Hacılı, Bəxtiyar Hacıyev və Cabbar Savalan daxil olmaqla siyasi məhbuslar, həmçinin ömürlük həbs cəzası almış şəxslər həbsdən azad olunmalıdır”.
Qənirə Paşayeva çıxışında dünyada yüzlərlə xalqın müstəqil dövlətinin olmadığını xatırladıb: “Amma azərbaycanlıların müstəqil dövləti var. Mən o dövrü yaxşı xatırlayıram. O zaman biz gənc idik, tələbə idik. Sabaha ümidlə baxa bilmirdik. Amma bugünkü Azərbaycan gənci sabaha ümidlə baxır. Mən dünyanın hər yerindəki soydaşlarımıza səslənirəm ki, Azərbaycanın güclənməsi üçün çalışsınlar. Bu gün Azərbaycanın müstəqilliyini, inkişafını qəbul edənlərlə yanaşı, Azərbaycanı istəməyənlər də var. Gənclik keçmişimizi yaxşı öyrənməli, bu günümüzə sahib çıxıb ölkəmizin inkişafında rol oynamalıdır”.
Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 90-cı illərin əvvəllərində müstəqillik əldə edən Azərbaycan qədər heç bir sovet respublikası itki verməyib: “Xalqımız bu itkilərə səbəb olanları bağışlamayacaq. Biz onları bağışlasaq da, şəhidlərimizin ruhları onları bağışlamayacaq”.
Deputatlar Rafael Cəbrayılov, Elton Məmmədov, Fəzail İbrahimli, Jalə Əliyeva, Siyavuş Novruzov da ölkənin müstəqillik dövründə qazandığı uğurlardan danışıblar.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir