Bank Of Baku

Bahar Muradova: “Nəyin bahasına olursa olsun öz maraqlarını reallaşdırmaq istəyən vətəndaşlarımızın hakimiyyətə gəlməsinə imkan vermək olmaz”

Bahar Muradova: “Nəyin bahasına olursa olsun öz maraqlarını reallaşdırmaq istəyən vətəndaşlarımızın hakimiyyətə gəlməsinə imkan vermək olmaz”
# 18 oktyabr 2011 11:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri parlamentin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclasında sədr müavini Bahar Muradova deyib. O bildirib ki, xalq buna imkan verməyəcək: “Buna biz imkan verməyəcəyik. Çünki biz Heydər Əliyev yolu ilə gedən İlham Əliyevin arxasındayıq. Ona dayağıq, ona söykənirik və ona hər zaman dəstək verəcəyik”.

B. Muradova o vaxt müstəqilliyə 43 nəfərin imza atdığını xatırladıb: “Onların xidmətini danmaq olmaz. Mən onların əməyini yüksək qiymətləndirəm. Müstəqillik Aktının qəbul olunmasına burada Elmira Qafarova rəhbərlik edirdi. Aktın altına Ayaz Mütəllibov imza atdı. Amma sonra nələr oldu? Biz düşünməməliyik ki, 20 il ərzində dövlətimizi qurduq, möhkəmləndirdik və daha bizim üçün təhlükə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR