Bank Of Baku

Qüdrət Həsənquliyev Heydər Əliyevin 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinə göndərdiyi təbrik məktubunu Milli Məclisdə oxuyub

Qüdrət Həsənquliyev Heydər Əliyevin 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinə göndərdiyi təbrik məktubunu Milli Məclisdə oxuyub
# 18 oktyabr 2011 13:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən iclasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Heydər Əliyevin vaxtilə Azərbaycan Ali Sovetinə müstəqilliyin elan edilməsi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub. APA-nın məlumatına görə, Q. Həsənquliyev bildirib ki, məktub 1991-ci il oktyabrın 19-da yazılıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Ali Sovetə ünvanlanıb. O zaman siyasi təzyiqlər nəticəsində bu məktub Azərbaycan Ali Sovetində oxunmayıb.

Q. Həsənquliyev Azərbaycanın müstəqil dövlət kimi varlığında Heydər Əliyevin önəmli rol oynadığını vurğulayıb: “SSRİ-ni mili azadlıq hərəkatları dağıtdı. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olaraq müstəqilliyimizin təmin olunmasında böyük rol oynadı. Üçrəngli bayrağı da məhz o, Naxçıvanda qaldırdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR