Bank Of Baku

Sabir Rüstəmxanlı: “Müstəqilliyə səs verən, 10 cild tarix yazan, nazir olan Firudin Ağasıoğlu bu gün acından ölür”

Sabir Rüstəmxanlı: “Müstəqilliyə səs verən, 10 cild tarix yazan, nazir olan Firudin Ağasıoğlu bu gün acından ölür”
# 18 oktyabr 2011 13:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş yığıncağında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, 43-lərin taleyi sonradan başqa cür olub: “Onlardan biri - Firudin Ağasıoğlu 10 cild tarix yazıb, nazir olub, amma bu gün acından ölür. Niyə ona təqaüd verilməməlidir? Nə yaxşı ki, biz Müstəqillik Aktını imzalayan zaman ora “müstəqil Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” yazmışıq. Yoxsa bu gün burada əyləşən bəziləri həmin 2 ilin üzərindən heç olmayıbmış kimi ötüb keçəcəkdilər”.

S. Rüstəmxanlının sözlərinə görə, o zaman mili-azadlıq hərəkatının üzləri Vəzirov və Mütəllibov rejimi ilə mübarizədə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyevlə bir yerdə olub və onu Bakıya çağırıblar: “Heydər Əliyev SSRİ-nin dağıldığını görürdü. Amma Azərbaycanın o vaxtkı rəhbərliyi SSRİ-nin dağıldığını görə-görə Qorbaçovun quyruğundan yapışırdı. Nə Heydər Əliyevin, nə də İlham Əliyevin tariximizdəki xidmətlərini kimsə unuda bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR